Rəqib Avstriya olacaq
 
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
 
Sportal.az xəbər verir ki, yığmamız Avstriya komandası ilə qarşılaşacaq. Polşanın Kendzejin-Kozle şəhərindəki "Kuzniçka" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.