Aqil Məmmədov: "Düşərgədə zədəli futbolçularımız çoxdur"
“Xəzər Lənkəran”a qarşı sərgilədiyimiz oyundan razı deyiləm. Daha yaxşı oynaya bilərdik. Amma nəticə məni qane edir. Ən azından uduzmadıq”.
Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov deyib. Məmmədov “Xəzər Lənkəran”la bu gün heç-heçə başa çatan oyundan sonra komandanın problemlərindən bəhs edib:
“Biz tam hazırlıq keçə bilməmişdik. Düşərgədə zədəli futbolçularımız çoxdur. 4 əsas oyunçumuz yox idi. Bütün bunlar mane oldu ki, oyunu qalib başa vuraq. Amma oyunçular sona qədər döyüşdülər. Onlara minnətdaram”.
saytlarin hazirlanmasi