Yığmamızın Bolqarıstan ilə oyun üçün heyəti açıqlandı

15:36 - 5 Avqust 2013

Ağabala Ramazanov millidə
 
Ölkəmizin 21 yaşlılardan ibarət yığma komandasının Bolqarıstanla yoldaşlıq görüşünə heyəti açıqlanıb.
 
Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Bernhard Lippert avqustun 14-də Bakı vaxtı ilə saat 21:00-da Loveç şəhərindəki "Gradski" stadionunda oyuna 18 futbolçu çağırıb.
 
Bunlar Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Tərlan Quliyev, Nicat Qurbanov, Emil Balayev (hamısı "Neftçi"), Hacı Əhmədov, Murad Səttarlı (hər ikisi "Qarabağ"), Orxan Sadıqlı, Ağabala Ramazanov (hər ikisi "Xəzər Lənkəran"), Amit Quluzadə, Urfan Abbasov (hər ikisi "Qəbələ"), Ruslan Tağızadə (AZAL), Slavik Alxasov ("Sumqayıt"), Rəşad Eyyubov ("Simurq"), Abdulla Abasiyev ("İnter"), Andrey Popoviç ("Tavşanlı Linityispor", Türkiyə), Taşkın İlter - "Anytraxt Braunçveyg, Almaniya) və Timur Təməltaşdır ("Altınordu", Türkiyə).
Matç sentyabrın 7-də İsrail yığması ilə səfərdəki rəsmi oyuna hazırlıq xarakteri daşıyır.

Xəbər xətti