Nurlan Novruzov: " İlk oyunum olsa da, pis təsir bağışlamadığımı düşünürəm"
"Sumqayıt"ın gənc və təcrübəli futbolçusu Nurlan Novruzovun müsahibəsi
- Yeni komandanda ilk oyununa çıxdın. Uyğunlaşa bilmisən komandaya?
- İlk oyunum olsa da, pis təsir bağışlamadığımı düşünürəm. Amma “Bakı” klubunda oynadığım rahatlığı hələ özümdə hiss etmirəm. Bu da 1-2 həftədən sonra məndə olacaq, onda “Sumqayıt”a daha çox köməyim olacaq
- Köhnə komandadanda baş məşqçi ilə problemin var idi. Yeni komandanda baş məşqçi ilə münasibətin necədir?
- Problem deməyək buna, Bandonoviçlə yola getmirdim sadəcə(gülür). Burada məşqçi ilə aram yaxşıdır. Mənim işim məşqçinin verdiyi tapşırığı layiqincə meydanda edim. Ona görə bu barədə danışmaq düzgün deyil.
- Dünən “Xəzər Lənkəran”la qarşılaşdınız. Bu oyun haqda nə deyə bilərsən?
- Oyuna ciddi hazırlaşmışdıq, baxmayaraq “XL” avrokuboklarda böyük hesabla məğlub olmuşdu. Lənkəranın nə dərəcədə təhlükəli olduğunu bilirdik. Oyunda da hesabı biz açdıq, amma sonda 1 qol buraxdıq. Bizim daha təhlükəli epizodlarımız oldu. Bu oyunda üç xala biz layiq idik. Amma “Xəzər Lənkəran”dan 1 xal almaq da pis deyil.
- Dünənki oyunda ən çox qayda pozuntusuna məruz qalan futbolçu sən idin. Bu nədən irəli gəlir?
- Mən daha çox topla hərəkət etməyi sevən bir futbolçuyam, bu da rəqibin müdafiəçilərinə xoş gəlmir. Onlar da tez-tez qayda pozuntusuna əl atırdılar
- “Sumqayıt”da yeni mövqedə çıxış edirsən. Bu sənə problem yaratmır ki?
- Yox, “Bakı”da da bu mövqedə çıxış etdiyim üçün problem yaratmır
- Dünən son dəqiqədə boş qapıya topu göndərə bilmədin. Bu barədə nə deyə bilərsən?
- Baş məşqçi də oyundan sonra topu yaxşı yerə göndərdiyimi dedi, ancaq rəqibin müdafiəçisi topu gözəl çıxartdı. Bir sözlə bəxtim gətirmədi.
- Növbəti turda hal-hazırda formada olan “Qarabağ”la oynayacaqsınız. Bu sizi qorxutmur ki?
- İlk olaraq, “Qarabağ”a uğurlar arzulayıram. “Qarabağ”la çətin oyun gözləyir bizi, əlbəttə ki biz meydana qələbə üçün çıxacağıq. Minimum isə biz əlimizdən gələni edib, səfərdən xal alacağımıza inanıram
saytlarin hazirlanmasi