"Simurq"un futbolçusu U-21-ə dəvət olundu

12:01 - 6 Avqust 2013

Gənc hücumçu milli ilə Bolqarıstana yola düşəcək
 
"Simurq"un üzvü Rəşad Eyyubov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət edilib.
 
Sportal.az xəbər verir ki, gənc hücumçu yığmanın avqust ayının 12-dən 15-dək Bolqarıstanda təşkil ediləcək təlim-məşq toplanışına qatılacaq. Həmçinin, ayın 14-də Azərbaycan U-21 milli komandası ilə Bolqarıstanın U-21 milli komandası arasında keçiriləcək beynəlxalq yoldaşlıq görüşündə iştirak edəcək. 
 
 
Qeyd edək ki, Rəşad Eyyubov ötən mövsümün sonrasından etibarən mütəmadi olaraq yığma komandanın düşərgəsinə dəvət edilir. 

Xəbər xətti