Sabir Allahquliyev daha bir il klubda qalacaq
Premyer Liqanın ilk turunda doğma azarkeşləri qarşısında "Xəzər Lənkəran"la heç-heçə edən "Sumqayıt" hücumçusu Sabir Allahquliyevlə müqaviləsini artırıb.
Sportal.az xəbər verir ki, adı çəkilən futbolçu daha 1 il klubun şərəfini qoruyacaq.
Qeyd edək ki, futbolçu 2012/13 mövsümündə Premyer Liqada 25 oyunda (1216 dəqiqə) meydanda olub və 1 qol vurub.
saytlarin hazirlanmasi