"Neftçi" və "Sumqayıt"ın oyunçusu millidə

16:33 - 7 Avqust 2013

Yığmamızın heyətində daha iki futbolçu
 
21 yaşadək futbolçulardan ibarət Bolqarıstan və Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək.
 
Sportal.az xəbər verir ki, yığmamızın heyətinə daha 2 futbolçu - Emin Mehtiyev (Neftçi) və Nurlan Novruzov (Sumqayıt) dəvət olunub.
 
Qeyd edək ki, oyun avqustun 14-də, Bakı vaxtı ilə saat 21:00-da, Loveç şəhərindəki "Gradski" stadionunda olacaq.

Xəbər xətti