"Xəzər Lənkəran"ın futbolçusu millidən uzaqlaşdırıldı

16:20 - 12 Avqust 2013

"Qarabağ"ın da oyunçusu heyətdən çıxarılıb
 
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. 
 
Sportal.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Məlumatda bildirilir ki, zədəli olduğu üçün Hacı Əhmədov ("Qarabağ") və Orxan Sadıqlı ("Xəzər Lənkəran") millinin heyətindən çıxarılıb.
 
Xatırladaq ki, avqustun 14-də, Bakı vaxtı ilə saat 21:00-da, Loveç şəhərindəki "Gradski" stadionunda 21 yaşadək futbolçulardan ibarət Bolqarıstan və Azərbaycan yığması arasında yoldaşlıq oyunu keçiriləcək.

Xəbər xətti