"Malta ilə oyunda əlimdən gələnin ən yaxşısını edəcəm"

00:52 - 13 Avqust 2013

Ruslan Abışov: "Biz Lüksemburqla matçı unutmuşuq"

 

Azərbaycan yığmasının və Rusiyanın “Rubin” klubunun müdafiəçisi Ruslan Abışov Malta ilə avqustun 14-də keçiriləcək yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, o, bunları dilə gətirib:

 

“Bu matça çox ciddi hazırlaşırıq. Lüksemburqla oyundan sonra vəziyyət o qədər də yaxşı deyil amma o matçı unutmuşuq.Ona görə də Maltaya qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirik. Malta ilə oyunda əlimdən gələnin ən yaxşısını edəcəm. Bu oyun DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçirəcəyimiz görüş öncəsi  futbolçuların son vəziyyətini öyrənmək baxımından çox vacibdi”.

Xəbər xətti