"Xəzər Lənkəran"la oyunda yaxşı təsir bağışladıq"

14:32 - 14 Avqust 2013

Samir Abbasov: "Qarabağ"la görüşdə çox pis oynadıq"
 
Mövsümlərarası fasilədə dizindən əməliyyat keçirmiş "Sumqayıt" klubunun kapitanı Samir Abasov zədəsini sağaldaraq məşqlərini davam etdirir.
 
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan S.Abasov komandasının çıxışı və zədəsi haqda fikirlərini bölüşüb: 

"Bildiyiniz kimi, bir müddət əvvəl Rusiyada dizimdən əməliyyat olundum. On günlük istirahətin ardından yüngül məşqlərə başladım. Artıq bir həftədir ki, komanda ilə birgə hazırlışıram. İndi özümü yaxşı hiss edirəm. Bərpa prosesini tamamlamaq üzrəyəm. İnşallah, məşqçilər lazım bilsələr, növbəti turda "Qəbələ" ilə qarşılaşmada meydana çıxa bilərəm. Düzdür, hələ tam hazır deyiləm, amma tez bir zamanda əvvəlki formamı bərpa edəcəyəm".
 
Abasov arxada qalan iki turu dəyərləndirməklə yanaşı gələcək üçün nikbin olduğunu bildirib: "Mövsüm öncəsi bir çox problemlərlə üzləşdik. Komanda tam heyətlə hazırlaşa bilmədi. Hətta Gürcüstandakı təlim-məşq toplanışına da tam heyətlə getmədik. Amma buna baxmayaraq, komanda mövsümün ilk turunda "Xəzər Lənkəran"la oyunda yaxşı təsir bağışladı. Həmin görüşdə qələbə qazanmağa yaxın olsaq da, təcrübəsizliyin qurbanı olduq. Heyətdə yer alan futbolçuların böyük əksəriyyəti cavanlardır. Onlara bir qədər vaxt lazımdır. "Qarabağ"la görüşdə isə çox pis oynadıq və nəticədə məğlub olduq. Düşünürəm ki, zədəli futbolçular sıraya döndükdən sonra və cavanlar bir-iki tur birgə oynadıqdan sonra vəziyyət yaxşılaşacaq".

Xəbər xətti