"Məğlubiyyətin üç əsas səbəbi var"

23:46 - 14 Avqust 2013

Pyetro Qedin: "Rauf Əliyevi xüsusi ilə, qeyd edərdim"
 
 Malta yığmasının baş məşqçisi Pyetro Qedin Azərbaycan millisi ilə yoxlama oyunu haqqında fikirlərini bildirib.
 
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis 0:3 hesabıyla uduzduqları görüşdən sonra öncə bunları söyləyib:

- Azərbaycan qələbə qazanmağı daha çox istəyirdi. Buna görə də rəqibimiz bu gün daha yaxşı oynadı. Biz isə öz imkanlarımızın 50 faizindən istifadə etdik.
 
- Niyə futbolçunuz qırmızı vərəqə aldığı epizodda elə kobudluq etdi?
- Bu, futboldu. Hərdən belə hallar olur.
 
- Azərbaycan yığmasında kimi xüsusi qeyd edə bilərsiz?
- Mənə elə gəlir ki, çox çevik komandanız var. Yaxşı futbolçularınız çoxdu. Xüsusi olaraq Rauf Əliyevi qeyd edərdim. Komandanız inkişaf edir.
 
- Komandanızın heyətində həvəskarlar var idi?
- Demək olar ki, onların hamısı müxtəlif yerlərdə çalışırlar. Yalnız Aqius və Skembri peşəkardı.
 
- Niyə Malta yığması Ermənistana qarşı oynadığı kimi çıxış edə bilmədi?
- Bunun üç səbəbi var. Bizim beş aparıcı futbolçumuz yox idi. Həm də komandamız Bakıya uzun yol qət etmişdi. Futbolçularda yorğunluq var idi.

Xəbər xətti