AFFA prezidenti Malta ilə matçdan sonra millimizin üzvləri görüşüb təbrik edib
Bu gün Azərbaycan yığmasının Malta ilə yoxlama matçı reallaşıb.
Sportal.az xəbər verir ki, komandamız bu oyunda 3:0 hesablı inamlı qələbə qazanıb.
“Baksell Arena”da keçirilən görüşdən sonra millimizin üzvləri AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və baş katib Elxan Məmmədov tərəfindən təbrik olunub.
Onlar futbolçularla görüşüblər, təbriklərini çatdırıblar, növbəti oyunlarda da bu uğurun davamının gəlməsini arzulayıblar.
saytlarin hazirlanmasi