"Nəticədə komandamız özünü göstərə bildi"

03:04 - 15 Avqust 2013

Rüfət Dadaşov: "İsraillə görüşdə də qol vurmağa çalışacam"

 

 Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Maltaya qarşı keçirilmiş yoxlama matçı ilə bağlı fikirlərini açıqlayıb.

 

Bu matçda dubla imza atan Rüfət oyunla bağlı fikirlərini Sportal.az-la bölüşüb:


“Hamı yaxşı oynadı. Nəticədə komandamız özünü göstərə bildi. Şadam ki, belə böyük hesabla qalib gəldik, iki qol vurdum. Bundan sonra rəsmi oyunlarda da qol vurmaq istəyirəm. İsraillə görüşdə də qol vurmağa çalışacağam”.

Xəbər xətti