"Sumqayıt" "Qəbələ" ilə oyuna itkilərlə hazırlaşır FOTOLAR

16:37 - 15 Avqust 2013

Samir Abasov və Mirzağa Hüseynpur isə artıq komandaya qoşulub 
 
Premyer Liqanın 3-cü turunda doğma azarkeşləri qarşısında "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq edən komandanın heyətində zədəli futbolçular yer alır. Son turda "Qarabağ"la qarşılaşmada zədələnərək meydandan çıxan Adil İbrahimov və Orxan Əliyev fərdi məşqlərlə kifayətlənir. Bərpa prosesini tamamlayan kapitan Samir Abasov və Mirzağa Hüseynpur isə artıq komandaya qoşulub. 
 
A millidə yer alan Anar Nəzirov, Vurğun Hüseynov, Vüqar Əsgərov, U-21-də olan Kərim Diniyev, Slavik Alxasov, Nurlan Novruzov, U-19-un heyətində təlim-məşq toplanışında olan Ruslan Nəsirli və U-17-nin düşərgəsində yer alan Fərid Kərimzadə məşqlərə nisbətən gec qoşulacaq.
 
Qeyd edək ki, "Sumqayıt" - "Qəbələ" qarşılaşması avqustun 19-da saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. 
 
 

Xəbər xətti