"Azarkeşlər bu qələbəyə layiq idilər"

00:13 - 20 Avqust 2013

Vüqar Əsgərov: "Hər bir futbolçu son gücünə qədər vuruşdu"

 

"Bu oyun haqda bir dənə onu deyə bilərəm ki, bu uğur baş məşqçi, komanda və azerkeşlərin uğurudur. Meydanda olan hər bir futbolçu son gücünə qədər vuruşdular.  Azarkeşlər bu qələbəyə layiq idilər"

 

Bu sözləri "Sumqayıt"ın hücumçusu Vüqar Əsgərov Sportal.az-a açıqlamasında bildirib. O, növbəti tur qarşılaşacaqları AZAL matçına da toxunub.

 

"Gələn tur AZAL-la qarşılaşacağıq. Və bu oyundan da qələbə ilə ayrılacağımıza inanıram. Ümid edirəm ki,azarkeşlər bu oyunda bizi yalnız qoymayacaqlar".

Xəbər xətti