İsrail - Azərbaycan oyununun vaxtı dəyişdirildi

17:17 - 20 Avqust 2013

Teleyayımla əlaqədar görüş 45 dəqiqə gec başlayacaq 
 
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçiriləcək İsrail - Azərbaycan oyununun başlanma vaxtı teleyayımla əlaqədar dəyişdirilib.
 
Sportal.az xəbər verir ki, Ramat Gan şəhərində keçiriləcək qarşılaşma, əvvəlcə xəbər verildiyi kimi, Bakı vaxtı ilə saat 23:00-da deyil, saat 23:45-də başlayacaq.

Xəbər xətti