Sercan Kaya: "Azərbaycan milllisindən dəvət almışam"

17:04 - 22 Avqust 2013

"Öz üzərimdə daha çox işləməliyəm"
 
Superliqada yarışan "Çaykur Rizəspor" klubunun futbolçusu Sercan Kaya Azərbaycan milllisinə dəvət alıb.
Sportal.az xəbər verir ki, bu barədə 25 yaşlı yarımmüdafiəçi Türkiyə mətbuatına açıqlamasında deyib.
 
Yığmada oynamağın onun üçün tez olduğu söyləyən S.Kaya göndərilən dəvətə hələlik cavab vermədiyini bildirib: "Öz üzərimdə daha çox işləməliyəm. Amma Azərbaycan millisində mənə təklif gəlib. Ancaq hələlik qərarımı verməmişəm.  Xeyirli nədirsə, o olsun".
 
Qeyd edək ki, 25 yaşlı futbolçu indiyə kimi yalnız Türkiyənin U-20 millisində 2 dəfə forma geyib.

Xəbər xətti