Ötən turun oyununu 6000 tamaşaçı izləyib
Premyer Liqanın ilk turda olduğu kimi, III turda da "Sumqayıt"ın azarkeşləri hamını üstələyib.
Sportal.az xəbər verir ki, sumqayıtlı futbolsevərlər komandalarının ev oyunlarında sevimlilərini tək buraxmırlar və bu mənada yenə seçiliblər. İlk turda baş tutan "Sumqayıt" - "Xəzər Lənkəran" (1:1) oyununu 5 min azarkeş izləyib.
III turun statistik azarkeş göstəricilərini sizin diqqətinizə çatdırırıq:
"Sumqayıt" - "Qəbələ" (6000 tamaşaçı)
"Qarabağ" - "Xəzər Lənkəran" (3000 tamaşaçı)
"Bakı" - "Rəvan" (1000 tamaşaçı)
"Neftçi" - "Simurq" (800 tamaşaçı)
"İnter" - AZAL (300 tamaşaçı)
saytlarin hazirlanmasi