Millimizin ikinci sınağı

14:39 - 23 Avqust 2013

Budəfəki rəqib Litva olacaq
 
Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirəcək.
 
Sportal.az xəbər verir ki, futbolçularımız litvalı həmyaşıdları ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Qeyd edək ki, turnirdə keçirdiyi ilk oyunda yığmamız Belarus komandasını 1:0 hesabı ilə məğlub edib.

Xəbər xətti