Nurlan Novruzov: "Yəqin ki, hakimin verdiyi qərarlar doğru idi"
"Oyuna yaxşı hazırlaşmışdıq, komanda olaraq bu oyundan qələbə ilə ayrılacağımıza inanmışdıq və meydanda da əlimizdən gələni etməyə çalışdıq, amma alınmadı məğlub olduq. Bu oyunda ən azı bir xal qazanmalıydıq. Qırmızı kartlar bizə psixoloji cəhətdən təsir etdi. Ancaq yenə biz 9 nəfərlə sonuna qədər mübarizə apardıq".
Bu sözləri "Sumqayıt"ın gənc futbolçusu Nurlan Novruzov AZAL-la oyundan sonra Sportal.az-a açıqlamasında bildirib.
O, oyundakı qırmızı kartlarla bağlı fikirlərini bildirib:
"İki dənə qırmızı kart aldıq. Bu kartların doğru verilib-verilməməsiylə bağlı heç nə deyə bilmərəm. Çünki həmin epizodlardan uzaqda idim. Vüsal Əliyev təcrübəli referidir, yəqin ki, verdiyi qərarlar doğrudur. Biz bu oyunu unudub "Rəvan"la oyuna konsantrasiya olmalıyıq. Bizim "Rəvan"a xal vermək fikrimiz yoxdur".
saytlarin hazirlanmasi