Türk klubu "Sumqayıt"a 2 dəfə məktub göndərdi
Ötən mövsümün əvvəlində "Sumqayıt" Futbol Klubunun iki üzvü - Ruslan Nəsirli və Şamil Cəmaləddinovun Türkiyənin "Trabzonspor" klubunda baxışda olduğu hər kəsə məlumdur.
Sportal.az klubun rsmi saytına istinadən xəbər verir ki, "Trabzonspor"un rəhbərliyi "Sumqayıt"ın və 19 yaşadək futbolçulardan ibarət millimizin hücumçusu Ruslan Nəsirli üçün 2-ci dəfə kluba məktub ünvanlayıb. 18 yaşlı futbolçu "bordo-mavililər"in əvəzedici komandasında növbəti dəfə baxışdan keçəcək.
Ruslan Trabzon təmsilçisinin məşqçilər korpusu tərəfindən bəyənilsə onunla müqavilə imzalanacaq.
saytlarin hazirlanmasi