İsrail millisində dəyişiklik

18:49 - 29 Avqust 2013

Komandada braziliyalı futbolçu
 
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan İsrail yığmasının heyətində dəyişiklik edilib. Sportal.az xəbər verir ki, sentyabrın 7-də millimizlə, 10-da Rusiya ilə görüşəcək israillilər daha bir futbolçunu yığmaya çağırıb.

Belə ki, baş məşqçi Eli Qutman milliləşən braziliyalı Qustavo Bokkolini komandaya çağırıb. 12 ildir İsraildə yaşayan 35 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfə yığmada oynamaq imkanı əldə edib. Hayfa “Makkabi”sinin futbolçusu Avropa liqasında 2 dəfə “Xəzər Lənkəran”a qarşı oynadıqdan sonra indi də millimizə qarşı forma geymək imkanı əldə edib.

Qutmanı bu addımı atmağa heyətdəki ciddi itkilər vadar edib. Tomer Hemed və Eden Ben Basat kimi hücumçuların yoxluğunda mütəxəssis orta sahəni gücləndirməyə qərar verib. Baş məşqçinin Barak İshaki, Tal Ben Haim və OMAR Damari “üçlüy”ündən birini də komandaya cəlb edəcəyi gözlənilir.
 

Xəbər xətti