Aqil Məmmədov: "Futbolçularımdan razı qaldım"
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Premyer LiqanınV turunun "Rəvan"la oyununu şərh edib.
Sportal.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Nəticə təbii ki, ürəkaçan deyil. Amma futbolçularımın çıxışından razı qaldım. Komandamın sadəcə bəxti gətirmədi. Bu qədər qol vəziyyəti yaradıb, onlardan yararlana bilmədik”.
saytlarin hazirlanmasi