Seçmə mərhələnin təyinatları açıqlanıb
DÇ-2014-ün seçmə mərhələsinin sentyabrın 7-də keçiriləcək İsrail – Azərbaycan oyununun baş hakimi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Rmat-Qanda baş tutacaq qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək. Görüşün referisi Stefan Yohannesson olacaq.
İsveçli hakim 2009-cu il avqustun 5-də Çempionlar liqasının III təsnifat mərhələsində “Bakı”nın görüşünü idarə edib. Təmsilçimizin Bolqarıstanda “Levski”yəməğlub olduğu matçı idarə etmişdi.