O, yığma komandaya kömək edə bilməyəcək
DÇ-2014-ün seçmə mərhələsində İsrail yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişikliklər olub.
Sportal.az xəbər verir ki, Səlahət Ağayevdən sonra "Bakı" klubunun üzvü Əfran İsmayılov da heyətdən çıxarılıb.
Səbəb isə futbolçunun zədəli olmasıdır.
Qeyd edək ki, gənc futbolçunun yerinə heç kim yenidən milliyə dəvət olunub.
saytlarin hazirlanmasi