"Foqtsun əvəzlənməsi ilə bağlı ad çəkməyək"

21:01 - 3 Sentyabr 2013

Rövnəq Abdullayev: "Onlar futbolumuzun inkişafını gözü götürməyənlərdir"

 

“Bizim Berti Foqtsla müqaviləmiz hələ bitməyib. Almaniyalı mütəxəssis bu ilin dekabrına qədər postunda qalacaq”.

 

Sportal.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Assosiasiya başçısı bu gün jurnalistlərə açıqlamasında yığmamızın baş məşqçi məsələsi ilə bağlı sualı cavablandırıb. Abdullayev millimizin hazırki çalışdırıcısı Berti Foqtsun postundan getməsi, onunəvəzinə  adı daha çox hallandırılan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun namizədliyi ilə də bağlı danışmaq istəməyib:

 

“Bundan sonra 2-3 ay düşünməyə vaxtımız olacaq ki, Avro-2016-nın seçmə mərhələsi üçün baş məşqçi ilə bağlı qərar verək. Hələlik Foqtsu dəyişmək fikrimiz yoxdur. Hazırda bu məsələ gündəmdə deyil. Onun əvəzlənməsi ilə bağlı ad çəkməyək. Bu məsələyə İcraiyyə Komitəsi qərar verəcək. Hələlik isə baş məşqçi Foqtsdur".



AFFA prezidenti son vaxtlar  Premyer Liqanın bəzi oyunlarında baş verən xoşagəlməz hallara da münasibət bildirib:

“Məqsədimiz yaxşı futbolun göstərilməsidir. Bu dava salanlar futbolumuzun inkişafını gözü götürməyənlərdir. Onlar istəyirlər ki, təxribat törətsinlər. Amma belə halların qarşısının alınması üçün klublara da tapşırıqlar verilib”. 

Xəbər xətti