“Bu oyun öncəsi məndə böyük inam var. Daim futbolçularımla ünsiyyətdə oluram. Hamı nəhayət Ramat Qandakı oyunu səbrsizliklə gözləyir. Azərbaycanla oyunda azarkeşlərimizin dəstəyinə ehtiyac duyuruq”.
Qutman yığmamızla oyunda qələbə qazanacaqlarına şübhə etmir: “Ukrayna ilə yoxlama oyunu bizim üçün yaxşı alınmadı. Amma evdə oturub həmin oyunu dəfələrlə analiz etdim. İndi məni yalnız Azərbaycanla oyun maraqlandırır. Şəxsən mən bu oyunda qələbə qazanacağımıza inanıram”.
İsraillilərin çalışdırıcısı Rusiya ilə ev oyunundakı 0:4 hesablı məğlubiyyəti də xatırlayıb: “Mən hələ o vaxta qədər azarkeşlərimizin final fiti səslənmədən öncə stadionu tərk etdiyini görməmişdim. Bu, mənim karyeramdakı ən çətin an idi. Üzücü olan təkcə nəticə deyildi. Həm də sərgilədiyimiz oyun mənim istədiyim səviyyədə deyildi. Həmin vaxt mən çox şey öyrəndim və yığmanı dəyişdim. Göründüyü kimi, bu metod öz bəhrəsini verdi”.