Millimizin oyununu idarə edəcək hakim müəyyənləşdi

16:45 - 5 Sentyabr 2013

İsrail – Azərbaycan oyununda avstriyalı hakim 
 
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının İsraillə səfər oyununun hakimi müəyyənləşib.Sportal.az xəbər verir ki, sentyabrın 8-də baş tutacaq qarşılaşmanı avstriyalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi isə Gerhard Qrobelnik olacaq. 38 yaşlı FİFA hakimi 2009-cu ildən beynəlxalq dərəcəsi alıb. UEFA-nın 3-cü kateqoriyasına daxil olan avstriyalı indiyədək komandalarımızın matçlarına təyinat almayıb.

Qeyd edək ki, avqustun 8-dəki matç saat 21:00-da başlayacaq.
 

Xəbər xətti