Anar Nəzirov: "Məqsədimiz gözəl oyun nümayiş etdirməkdir"

 

Sabah millimiz səfərdə İsrailin qonağı olacaq.

Bu oyun barəsində millimizin qapıçısı Anar Nəzirov öz fikirlərini Sportal.az-a bildirib:

"Komandada gözəl ab-hava var. Sabah çətin oyun olacaq. Komandamızda istər məşqdə, istərsə də məşqdən kənar hər şey yolunda gedir. Çalışacağıq ki, gözəl bir nəticə ilə vətənə qayıdaq. Məqsədimiz gözəl oyun nümayiş etdirməkdir"