Dudu Avat: "Azərbaycanla oyunda ehtiyatlı olmalıyıq"
İsrail millisinin qapıçısı Dudu Avat DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla axşam keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Malyorka"nın qolkiperi yerli mətbuata açıqlamasında belə danışıb:
“Biz çox güclü komandaya qarşı oynayacağıq. Bu komanda çox yaxşı təşkil olunub. Azərbaycan milli komandası əks-hücum qurmaq bacarığından məharətlə istifadə edə bilir. Bu üzdən də çox ehtiyatlı olmalıyıq. Dünya çempionatının final mərhələsinə yüksələcəyimizə ümid edirəm. Düzdü, heyətdə zədəlilərimiz var. Lakin Azərbaycan yığması ilə matçda qalib gəlməmək üçün səbəb yoxdu. Hansı baş məşqçi və hansı futbolçuların komandamızda yer almasından asılı olmayaraq qalib gəlməliyik”.
saytlarin hazirlanmasi