Maykl Nitse: "İlk qarşılaşmamızı səbirsizliklə gözləyirəm"
“Azərbaycanla oyuna planlaşdırdığımızdan da yaxşı hazırlaşmışıq”.
Sportal.az xəbər verir , bu sözləri 21 yaşadək futbolçulardan ibarət İsrail yığmasının baş məşqçisi Maykl Nitse deyib.
Mütəxəssis Avro-2015-in seçmə mərhələsinin Azərbaycanla oyunu haqda fikirlərini açıqlayıb. Baş məşqçi bildirib ki, sabahkı görüşdə qələbə qazanmaq iddiasındadırlar:
“Seçmə mərhələdəki ilk qarşılaşmamızı səbirsizliklə gözləyirik. Bizim məqsədimiz hər oyunda ən yaxşı nəticəyə nail olmaqdır. Biz Azərbaycan yığmasının 2 görüşünü izləmişik. Rəqibin oyununa yaxşı bələdik."
Qeyd edək ki, İsrail – Azərbaycan oyunu sabah Netanya şəhərində keçiriləcək.