"Bu nəticədən razı qala bilmərəm"

01:25 - 8 Sentyabr 2013

Eli Qutman: "Azərbaycanla oyunda planımız baş tutmadı"

 

"Azərbaycanla oyunda planımız baş tutmadı. İlk hissədə 3-4 qol epizodu yaratsaq da, bunlardan yararlana bilmədik. Bu da rəqibə əlavə stimul verdi".

Sportal.az xəbər verir ki, bu sözləri İsrail millisinin baş məşqçisi Eli Qutman yığmamızla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O, nəticədən razı qalmadığını da bildirib:

"Təbii ki, bu nəticədən razı qala bilmərəm. Qələbə qazanmalı idik. Lakin Azərbaycan millisinin də yaxşı oynadığını qeyd etməliyəm. Çoxlu sayda qol vəziyyətlərim olsa da, yalnız birindən istifadə etdik. Gələcəyimlə bağlı da narahat olmayın. Hər şey yaxşı olacaq. Artıq bütün diqqətimiz Rusiya ilə oyuna yönəldəcəyik. Səfərdə qələbə qazanmaqla iddiamızı davam etdirməyə çalışacağıq".

Qeyd edək ki, İsrail - Azərbaycan oyunu 1:1 hesabı ilə başa çatıb.

Xəbər xətti