Natxo:"Rəqib yaxşı təsir bağışladı"
"Əgər biz qalib gələ bilmədiksə, deməli yaxşı oynamamışıq. Rəqib isə əksinə yaxşı təsir bağışladı. Bu oyunda ağıllı və düzgün oynaya bilmədik. Bir qədər sürətli və səbirlə oynamaq lazım idi".
Sportal.az xəbər verir ki, bu sözləri İsrail millisinin yarımmüdafiəçisi Bibras Natxo yığmamızla oyundan sonra deyib.
"Rubin" (Kazan) klubunun futbolçusu oyunla bağlı daha sonra bunları bildirib:
"Sanki yorulmuşduq və istədiyimiz oyunu ortaya qoya bilmədik. Buna görə Azərbaycanla hər iki oyunda heç-heçə oynadıq. Məncə, bunda baş məşqçinin heç bir günahı yoxdur. Məsuliyyəti futbolçular üzərinə götürməlidir. Rusiya ilə oyuna gəlincə isə orada hər şey ola bilər. Bu görüşdə var-gücümüzü ortaya qoymalıyıq".
Qeyd edək ki, evdə millimizlə 1:1 bərabərə qalan İsrail yığması sentyabrın 10-da səfərdə Rusiyanın qonağı olacaq.
saytlarin hazirlanmasi