"Azərbaycanlı futbolçunun o məsafədən qol vuracağını gözləmirdik"

17:35 - 8 Sentyabr 2013

Tal Ben: "Sürpriz qol buraxdıq"
 
İsrail yığmasının üzvü Tal Ben Haim millimizlə keçirilən oyun (1:1) barədə yerli mətbuata açıqlama verib.
Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi nəticədən razı qalmadığını vurğulayıb:
 
“Azərbaycanı öz meydanımızda məğlub etməli idik. Qələbə bizim üçün vacib idi. Sürpriz qol buraxdıq. Azərbaycanlı futbolçunun o məsafədən qol vuracağını gözləmirdik. Birinci hissədə biz, ikinci hissədə rəqib yaxşı təsir bağışladı. Bu nəticə bizim üçün uğursuzdur. Artıq diqqətimizi Rusiya ilə oyuna yönəltməliyik. Qələbə qazanmaq məcburiyyətindəyik”. 

Xəbər xətti