"8 oyun keçirsək də, qələbə qazana bilməmişik"

17:50 - 8 Sentyabr 2013

Rəşad Sadıqov: "Səfərdə inamlı oyun sərgilədik"
 
 
"İsraillə oyun bizim üçün çətin keçdi. İlk hissə ilə müqayisədə ikinci hissədə daha yaxşı oynadıq. Hesabı açdıqdan sonra bir səhvə yol verdik, ondan da rəqib məharətlə istifadə etdi. Əsas odur ki, səfərdə inamlı oyun sərgilədik”.
 
 
Sportal.az xəbər verir ki, bu sözləri millimizin kapitanı Rəşad Sadıqov deyib.
 
Təcrübəli futbolçu yığmamızın seçmə mərhələdəki ümumi çıxışına da qiymət verib:
 
“8 oyun keçirsək də, qələbə qazana bilməmişik. Ancaq bir məqam da var ki, 5 oyunda uduzmamışıq. Bu da pis nəticə deyil. Nəzərə alın, heç-heçələrdən üçünə səfərdə imza atmışıq. Təbii ki, seçmə mərhələni qələbəsiz başa vurmaq istəmirik”.

Xəbər xətti