Anar Nəzirovdan böyük fədəkarlıq: "Oyuna iynə ilə çıxmışdım"

23:58 - 21 Sentyabr 2013

"1 xal qazandığımız üçün xoşbəxtəm"
 
"Meydana iynə ilə çıxmışdım, çünki "Simurq"la matçda zədələnmişdim. Bu oyunda oynamağı çox istəyirdim. Zədəmin ciddi olub-olmadğına sabah aydınlıq gələcək".
 
Bu sözləri "Sumqayıt"ın gənc qolkiperi Anar Nəzirov "Neftçi" ilə matçdan sonra Sportal.az-a açıqlamasında bildirib. Gənc qolkiper "Neftçi" ilə oyunu da dəyərləndirib:
"Güclü komanda ilə qarşılaşırdıq. Belə bir komandadan xal aldığımız üçün xoşbəxtəm"

Xəbər xətti