De Liqt yarışına "Liverpul" da qoşuldu

01:20 - 5 İyun 2019

"Liverpul" "Ayaks"dan ayrılacağı açıqlanan Matteis de Liqti transfer etmək istəyir.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp 19 yaşlı müdafiəçini transfer siyahısına əlavə edib. Xəbərdə "Ayaks"ın 85 milyon avro tələb etdiyi hollandiyalı futbolçunu "Yuventus", PSJ, "Barselona" və "Mançester Yunayted"in də transfer etmək istədiyi qeyd edilib.

 

De Liqt ötən günlərdə qərarını milli komandaların oyunundan sonra verəcəyini bəyan etmişdi.

 

Gənc futbolçu Amsterdam klubunda 3 mövsümə 117 oyun keçirib.

Xəbər xətti