Azərbaycanda Kunq-fu üzrə ölkə çempionatı keçirildi

11:43 - 24 Noyabr 2025

"Sərhədçi İdman Mərkəzində" Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası və Azərbaycan Kunq-fu Federasiyasının təşkilatşılığı ilə gənclər, yeniyetmələr və böyüklar arasında Kunq-fu üzrə 31-ci Respublika birinciliyi keçirilib.

Sportal.az xəbər verir ki, çempionat beynəlxalq yarışlarda iştirak etmək üçün lisenziya xarakteri daşıyıb.

Yarışda 300-dən artıq idmançı medallar uğrunda mübarizə aparıb.

Qaliblər gələn il Fransa və İtaliyada keçiriləcək Avropa və dünya çempionatlarında qüvvələrini sınayacaq.

Xəbər xətti