Dopinqə görə futboldan uzaqlaşdırılan Papu Qomes 2 illik fasilədən sonra yaşıl meydanlara qayıdıb.
Sportal.az xəbər verir ki, argentinalı vinger B Seriyası təmsilçisi "Padova"nın forması ilə meydana çıxıb.
Qomes çempionatın 13-cü turunun "Venetsiya" ilə matçında iştirak edib. 37 yaşlı oyunçu 58-ci dəqiqədə oyuna girib.
Qeyd edək ki, Papu Qomes 2022-ci ildə Argentina milli komandası ilə dünya çempionu olub.
saytlarin hazirlanmasi
