"Şamaxı"nın kapitanı Rafael Məhərrəmli ailə həyatı qurur.
Sportal.az xəbər verir ki, bu gün 26 yaşlı sağ cinah müdafiəçisinin toy məclisidir.
Məclisdə futbol ictimaiyyətinin nümayəndələri, klubun əməkdaşları, müdafiəçinin komanda yoldaşları iştirak edir.
Qeyd edək ki, Rafael Məhərrəmli bu mövsüm "Şamaxı"nın heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
