I Liqada mövsümə yekun vuruldu - "Qəbələ"nin pley-offdakı rəqibi bəlli oldu

19:02 - 22 May 2026

Futbol üzrə Azərbaycan I Liqasında 2025/2026 mövsümünə yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.

Ötən tur çempionluğu təmin etmiş "Şəfa" Binə qəsəbə stadionunda "Zaqatala" ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi görüşü Mingəçevirdə baş tutub. Burada şəhərin eyniadlı komandası "Səbail"i qəbul edib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Xallarını 51-ə yüksəldən "Mingəçevir" mövsümü 2-ci pillədə başa vurub və Premyer Liqaya yüksəlmək üçün "Qəbələ" ilə pley-off matçına çıxacaq.

"Şahdağ Qusar" - "Baku Sportinq" oyununda isə qalib müəyyənləşməyib.

I Liqa, XXVII tur
22 may

"Şahdağ Qusar" - "Baku Sportinq" 1:1
Qollar:
 P.Aqblevor, 46 - E.Tağıyev, 29

"Mingəçevir" - "Səbail" 4:1
Qollar:
 E.Bayramov, 14, E.Mustafayev, 29, Ə.Eyubov, 53, K.Quliyev, 90+2 (pen) - Q.Səfərov, 42
Qırmızı vərəqə: F.Məmmədli, 77, L.Rzayev, 85 (hər ikisi "Səbail")

"Zaqatala" - "Şəfa" 2:1
Qollar: 
S.Abdullayev, 49, M.Məmmədov, 53 - İ.Əliyev, 10

Xəbər xətti