Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üz üzvü karyerasını Türkiyədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, Xanım Əsədova, Ayşən Salamzadə və Alina Nəhmədova 1-ci Liqa klubu “Qaziantep Safir”də oynayacaq.
Yığmamızın futbolçuları ilə 1 illik müqavilə bağlanıb.
Xatırladaq ki, Əsədova ilə Salamzadə son olaraq “Neftçi”də, Nəhmədova Serbiyanın “Partizan” klubunda forma geyinib.
saytlarin hazirlanmasi
