"Zirə"nin legioneri Junior Martins Kambocanın "Preah Xan" klubuna keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sportal.az saytına verilən məlumata görə, "Zirə" braziliyalının satışından müəyyən gəlir qazanıb.
Daha dəqiq desək, asiyalılar Junior üçün Azərbaycan klubuna 150 min avro ödəniş edib.
Qeyd edək ki, 26 yaşlı futbolçunun “Zirə” ilə müqaviləsi 2027-ci il iyunun 15-nə qədər idi. O, karyerası ərzində “Maranhao”, “Moto Klub”, “Babrunqas”, “Kəpəz” komandalarında oynayıb.
saytlarin hazirlanmasi
