Türkiyə I Liqasında 3-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Toral Bayramovun şərəfini qoruduğu "Bursaspor" səfərdə "Fatih Karagümrük"ün qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bayramov da səfər matçında iştirak edib. 25 yaşlı sol cinah müdafiəçisi oyuna start heyətində başlayıb. O, fasilədə əvəzlənib. Toral 17-ci dəqiqədə qayda pozuntusuna görə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, 2 turdan sonra 6 xal toplayan "Bursaspor" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
