Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı

20:34 - 14 Noyabr 2026

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Sportal.az xəbər  verir ki, o, noyabrın 16-da Qazaxıstan və Slovakiya milli komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq. Zeynal Zeynalov və Akif Əmirəli baş hakimin köməkçiləri, İnqilab Məmmədov isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər. Nicat İsmayıllı VAR hakiminin köməkçisi, avstriyalı Alan Kiyas isə VAR hakimi olacaq.

Qeyd edək ki, Qazaxıstan – Slovakiya görüşü Astana şəhərində yerləşən "Astana Arena"da Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər xətti