ABŞ-ın "Di Si Yunayted" klubunun futbolçusu Ueyn Runi İngiltərəyə qayıdıb.
Sportal.az xəbər verir ki, 33 yaşlı forvard Çempionşip təmsilçisi "Derbi" ilə 1,5+1 illik müqavilə bağlayıb. İngiltərə millisinin sabiq futbolçusu komandada oynayan-məşqçi kimi fəaliyyət göstərəcək. Runi baş məşqçi Filip Kokunun köməkçisi olacaq.
"Everton"un yetirməsi 2004-2017-ci illərdə "Mançester Yunayted"də çıxış edib. Təcrübəli hücumçu 2018-ci ildə "Everton"dan "Di Si Yunayted"ə keçmişdi.
saytlarin hazirlanmasi