"Qarabağ"dan ayrılan bosniyalı qolkiper Asmir Beqoviç İngiltərə Premyer Liqasında son 10 ildə ən çox qurtarış edən qapıçılardan biridir.
Sportal.az xəbər verir ki, 32 yaşlı qapıçı bu göstəricidə 5-cidir. O, 714 qurtarışla yadda qalıb. İlk pillədə "Uotford"un qapıçısı Ben Foster qərarlaşıb (996). "Mançester Yunayted"in qolkiperi David De Xea 2-ci (825), "Çelsi" və "Arsenal"ın sabiq üzvü Petr Çex 3-cü (763), "Vest Hem"in çərçivə qoruyucusu Lukaş Fabianski 4-cüdür (738).
Asmir Beqoviç müqavilə ilə "Bornmut"a məxsusdur.
saytlarin hazirlanmasi