Avropada oynayan ən yaxşı braziliyalı futbolçu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Samba" mükafatını "Liverpul"un qapıçısı Alisson Beker qazanıb. Braziliya millisinin üzvü bu mükafatı qazanan ilk qapıçı olub.
27 yaşlı qolkiper ötən il "Liverpul"un heyətində Çempionlar Liqası və klublararası dünya çempionatının qalibi olub.
Alissonun "qırmızılar"dakı komanda yoldaşı Robert Firmino 2-ci, PSJ-nin müdafiəçisi Tyaqo Silva 3-cü olub.
saytlarin hazirlanmasi