"Qarabağ"la icarə müqaviləsi başa çatdığı üçün İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"a qayıdan Asmir Beqoviçin gələcəyi qeyri-müəyyəndir.
Sportal.az xəbər verir ki, "gilaslar"ın baş məşqçisi Eddi Hou 32 yaşlı qolkiperlə bağlı qərar verilmədiyini deyib:
"Beqoviç hələ dincəlir. Məncə, yaxın günlərdə komandaya qayıdacaq. Hələ gözləyirik. Görək, Asmirlə bağlı növbəti qərar necə olacaq".
Bosniyalı qapıçının adı daha çox "Vest Hem"lə hallanır.
saytlarin hazirlanmasi