“Real” Braziliyanın “Flamenqo” klubunun yarımmüdafiəçisi Reyniri transfer etməyə hazırlaşır.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Madrid təmsilçisi bu keçid üçün 30 milyon avro təzminat ödəyəcək. Daha 5 milyon avro isə 17 yaşlı oyunçunun agentinə çatacaq.
Transfer isə yanvarın 19-u açıqlanacaq. Buna səbəb futbolçunun həmin gün 18 yaşının tamam olmasıdır. "Real" FIFA-nın sanksiyası ilə üz-üzə gəlməmək üçün bu vaxtı gözləyəcək.
Reynir Xesus Karvalyo "Flamenqo"nun yetirməsidir.
saytlarin hazirlanmasi